IT Biznes Analitika və Biznes Analitika Fərqləri: Proseslərin Avtomatlaşdırılması

Rəqəmsallaşmanın sürətləndiyi dövrdə şirkətlər üçün ən kritik məsələlərdən biri biznes proseslərini düzgün qurmaq və onları effektiv idarə etməkdir. Bu nöqtədə “IT Biznes Analitika” və “Biznes Analitika” anlayışları ön plana çıxır. Çox vaxt bu iki rol eyni kimi qəbul edilir, lakin əslində onların funksiyası, yanaşması və yaratdığı dəyər fərqlidir.
Bu məqalədə əvvəlcə IT biznes analitikanın mahiyyətini, sonra isə biznes analitikanı izah edəcəyik. Eyni zamanda biznes proseslərinin avtomatlaşdırılmasının nə olduğunu və bu iki rolun bu prosesdə necə iştirak etdiyini də geniş şəkildə araşdıracağıq.
IT Biznes Analitika nədir?
IT biznes analitika – biznes ehtiyaclarını texnoloji həllərə çevirən və biznes ilə proqram təminatı komandası arasında əlaqəni təmin edən roldur. Bu sahədə çalışan mütəxəssis həm biznesi anlamalı, həm də texniki dünyanı bilməlidir.
IT biznes analitikin əsas işi sadəcə tələbi yazmaq deyil. O, problemi başa düşür, analiz edir, düzgün strukturlaşdırır və onu developer-ların işləyə biləcəyi formata salır.
IT biznes analitikin əsas funksiyaları:
Biznes tələblərinin toplanması və analiz edilməsi
Stakeholder-lərlə görüşlər və ehtiyacların müəyyənləşdirilməsi
Tələblərin texniki spesifikasiyalara çevrilməsi
UML və BPMN diaqramlarının hazırlanması
API inteqrasiyalarının və sistem axınlarının təsviri
Developer və qa komandası ilə sıx əməkdaşlıq
Task-ların bölünməsi və prioritetləşdirilməsi
IT biznes analitikin fokus nöqtələri:
Sistem necə işləyəcək?
Data necə idarə olunacaq?
İstifadəçi hansı addımları atacaq?
Hansı inteqrasiyalar lazımdır?
Bu rol daha çox “necə qurulacaq?” sualına cavab verir.
Biznes Analitika nədir?
Biznes analitika daha çox dataya və qərarverməyə fokuslanan sahədir. Burada əsas məqsəd şirkətin fəaliyyətini analiz etmək və daha yaxşı qərarlar qəbul etməyə kömək etməkdir.
Biznes analitik mövcud məlumatlara baxaraq “nə baş verir?” və “nə etməliyik?” suallarına cavab tapır.
Biznes analitikin əsas funksiyaları:
Məlumatların toplanması və təmizlənməsi
Data analizi və interpretasiya
Trend və pattern-lərin müəyyən edilməsi
Dashboard və reportların hazırlanması
KPI-ların izlənilməsi
Biznes qərarları üçün təkliflərin verilməsi
Biznes analitikin fokus nöqtələri:
Satış niyə düşür?
Hansı məhsullar daha yaxşı performans göstərir?
Müştərilər niyə platformanı tərk edir?
Hansı strategiya daha effektivdir?
Bu rol daha çox “nə etməliyik?” sualına cavab verir.
IT Biznes Analitika və Biznes Analitika arasındakı fərqlər
Bu iki rolun fərqini anlamaq üçün onların yanaşmasına diqqət etmək kifayətdir.
IT biznes analitik texniki tərəfə daha yaxın olur. O, sistemlərin qurulması, proseslərin modelləşdirilməsi və implementasiya mərhələsində aktiv iştirak edir. Onun işi daha çox developer-larla birlikdə işləmək və sistemin düzgün qurulmasını təmin etməkdir.
Biznes analitik isə daha çox strateji və analitik düşünür. O, dataya əsaslanaraq problemləri aşkar edir və biznes üçün qərar təklifləri verir. Texniki detallara çox dərindən girməyə bilər.
Əsas fərqləri belə ümumiləşdirmək olar:
IT biznes analitik texniki implementasiyaya fokuslanır, biznes analitik isə qərarverməyə
IT biznes analitik sistem qurur, biznes analitik isə analiz edir
IT biznes analitik prosesləri modelləşdirir, biznes analitik nəticələri şərh edir
IT biznes analitik developer-larla işləyir, biznes analitik isə daha çox menecment və biznes komandası ilə