
Sosial Media Mütəxəssisi axtarılır Sosial media sahəsində inkişaf etmək və praktiki təcrübə qazanmaq istəyən namizədlər üçün vakansiya açıqdır. Namizədin sahə üzrə ilkin bilik və təcrübəyə sahib olması arzuolunandır. Öhdəliklər * Sosial media hesablarının idarə olunması; * Mütəmadi və planlı paylaşımların hazırlanması və yerləşdirilməsi; * Hədəf auditoriyanın araşdırılması və düzgün müəyyən edilməsi; * Meta platformalarında reklam kampaniyalarının hazırlanması və yerləşdirilməsi; * Məhsulların araşdırılması və uyğun reklam strategiyalarının müəyyən edilməsi; * Reklam nəticələrinin izlənilməsi və strategiyanın nəticələrə uyğun optimallaşdırılması. Tələb olunan bacarıqlar * Sosial media platformaları üzrə baza bilikləri; * Ödənişli reklam kampaniyalarının yaradılması haqqında ilkin bilik; * Hədəf auditoriya analizi aparmaq bacarığı; * Reklam və marketinq strategiyaları haqqında baza bilikləri; * Araşdırma aparmaq və yeni bilikləri sürətli mənimsəmək bacarığı; * Məsuliyyətli və nəticəyönümlü yanaşma. Niyə müraciət etməlisiniz? * Sosial media və rəqəmsal marketinq sahəsində praktiki inkişaf imkanı; * Təcrübə müddətini uğurla başa vurduqdan sonra daimi işlə təmin olunma imkanı; * Distant iş imkanı; * Aylıq hədəflərə çatdıqda əlavə bonus; * Ödənişli süni intellekt alətləri ilə təminat; * Şəxsi və peşəkar inkişaf üçün ödənişli kurs və təlim materiallarına çıxış; * Məhsul araşdırılması və reklam strategiyalarının hazırlanması üzrə mentor dəstəyi; * SEO və SEM istiqamətində mentor dəstəyi.