Haqqımızda
Biz kimik
Rəqəmsal platforma tapşırıqların idarəsini, izlənilməsini və daha sürətli və nəzarətli şəlkildə tamamlanmasını təmin edir. İcraçıların və tapşırıq ünvanlarının real time izlənməsi və daha yaxın ünvanda yerləşən ünvanlara yönləndirilməsi mümkündür. Anbar məhsullarının tapşırıq icrası zamanı istifadəsini təmin edir, sənədlərin tapşırıq və anbar əməliyyatlarında idarə olunması imkanını verir. Layihəmizin əsas üstünlüklərindən biri də, ios, android və web versiyalarının olmasıdır.
Nə edirik
Bizim vizyonumuz, bizneslərin əməliyyat proseslərini tam rəqəmsallaşdıraraq daha sürətli, şəffaf və idarəolunan bir ekosistem yaratmaqdır. Müasir texnologiyalar vasitəsilə şirkətlərin resurslarını daha effektiv istifadə etməsini, qərarvermə proseslərinin real-time məlumatlara əsaslanmasını və insan səhvlərinin minimuma endirilməsini hədəfləyirik.
Dəyərlərimiz
Şəffaflıq
Bütün proseslərdə açıq və izlənilə bilən struktur qururuq. Müştərilərimiz nə baş verdiyini real vaxtda görə bilir.
Etibarlılıq
Sistemlərimizin dayanıqlığı və təhlükəsizliyi bizim əsas prioritetimizdir. Biznes proseslərinin fasiləsiz işləməsini təmin edirik.
Səmərəlilik
Resursların düzgün idarə olunması və proseslərin optimallaşdırılması ilə vaxt və xərcləri minimuma endiririk.
İnnovasiya
Daim yeni texnologiyaları izləyir və platformamıza tətbiq edərək daha ağıllı həllər yaradırıq.
Müştəri mərkəzlilik
Hər həllimiz müştərinin real ehtiyaclarına uyğun hazırlanır və biznes dəyəri yaratmağa fokuslanır.
Davamlı inkişaf
Sistemi daim təkmilləşdirir, bug-ları aradan qaldırır və daha stabil məhsul üçün davamlı yeniləmələr edirik.